Reklam verin!
Yuma Ailə Jurnalı
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



DÜŞDÜM

Dekabr 28, 2007 0:28, Şeirlər, sabiroghlu, Şərhlər(0)

Düşdüm, yamanca düşdüm

bu yer üzünə,

Budağından qopan

yarpaq kimi,

Küləklərdən qorxa-qorxa.

Kəndiri kəsilmiş

Məlikməmməd kimi

vurnuxa-vurnuxa.

Yamanca düşdüm

bu yer üzünə.

Kiminin ürəyindən,

kiminin gözündən

düşdüm.

 Davamı...
Baxış sayı: 111
Açar sözlər:
Bookmark and Share


***

Dekabr 24, 2007 0:11, Şeirlər, sabiroghlu, Şərhlər(0)

Ürəyimin divarına,

Hərə bir söz yazır, gedir.

Söz tapmayan, dil qanmayan,

Elə-belə cızır gedir.

 

Heç kimi saxlamaq olmur,

Kiminsə xətrinə dəyər.

Qapını bağlamaq olmur,

Gözlədiyim gəlib döyər.

 

Nə yazandan, nə cızandan,

Baş götürüb qaçammıram.

Çatlamış divarı söküb,

Bir pəncərə açammıram.

 
Baxış sayı: 0
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 12    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites