Reklam verin!
 Füzuli Sabiroğlu : ***

Navigation


RSS: Yazılar



***

Fevral 13, 2008 1:20, Şeirlər, sabiroghlu, Şərhlər(0)

Gözündə don vurmuş

"Göyçəgülü" havası,

Içində dağıdılmış

quş yuvası.

Cibindəki tənha manatla

qolboyun,

Ətrafın məzhəkə, oyun,

Hara tələsirsən, zalım balası?

Ayaq səslərindən

torpaq diksinir,

Öz səsindən özün.

Zamanın üzü daşdan imiş,

Torpaqdandır sənin üzün.

Üzün üstə yeriyə-yeriyə,

Ağlaya-ağlaya, kiriyə-kiriyə,

Hər gecə kirayə otağında,

Nəm torpaq ətirli

daş yatağında

Ələmə günlərini, ələmə.

Dünyanın yırtılmış

dərd ələyinə

Daha etibar eləmə.



Baxış sayı: 88
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites