SƏNƏ YAZILAN ŞEİR
Qəfil yağan yaz
yağışı tək
bir səhər,
Yaxaladın məni özümdən bixəbər.
Yağdın ömrümə, günümə,
Yağdın oduma, külümə.
Yaxaladın məni,
təmizləndim, duruldum.
Qəfil yağan
yaz yağışına vuruldum.
Bir də ayılıb gördüm,
Gördüm, ürəyim damır.
Ürəyimə dama-dama
göl oldun tərtəmiz,
dupduru.
Indi o göldən su içməyə
gəlir bülbüllər.
O göldə yuyunuram
axşam-səhər.
Baxış sayı: 151
Açar sözlər:



Nə mutlu o yaz yağışına
Mart 14, 2008 15:37
ureyi dammayan varmi goren
Aprel 17, 2008 11:13
Yaxaladın məni özümdən bixəbər.
Yağdın ömrümə, günümə,
Yağdın oduma, külümə.
Yaxaladın məni,
təmizləndim, duruldum.
Qəfil yağan
yaz yağışına vuruldum.
size bu seir ucun minnetdaram
bilirsiniz men her seiri oxuya bilmirem
yalniz oxuyub teecublenmek isteyirem
May 15, 2008 23:41
Salam necesen? Menim ucun yazilan seir haminin xoshuna gelir Belke birinde yazasan
May 21, 2008 17:21