Reklam verin!
 Füzuli Sabiroğlu : BİZİM İRƏVAN...

Navigation


RSS: Yazılar



BİZİM İRƏVAN...

Aprel 2, 2008 1:01, Danışan şəkillər..., sabiroghlu, Şərhlər(1)

goy_mecet-1

Bu köhnə, çox köhnə fotolardakı şəhəri tanıdınızmı? Bu tanış və doğma görünüşlü küçələr, binalar, evlər... Bəlkə də çoxlarınız buranın köhnə Bakı, yaxud da Gəncə, Təbriz, Ərdəbil, Dərbənd  olduğunu güman edəcək...Ancaq bu düşündüyünüz o şəhərlərdən heç biri deyil... Bu şəhər bir vaxtlar bizim olan, lakin son 180 ildə düşmən əliylə küçə- küçə, ev- ev yer üzündən silinən İrəvandır.

Erivan blue mosque

Şəhər dörd əsas hissədən ibarət idi: Qala, Təpəbaşı məhəlləsi, Dəmirbulaq məhəlləsi və Şəhərli məhəlləsi. Bu məhəllələri bir birindən bərəkətli meyvə bağları və geniş bazar meydanları ayırırdı. Şəhərdə 12 məscid və 2 kilsə fəaliyyət göstərirdi. Məscidlərdən 2-si qalada, qalanları isə məhəllələrdə idi.

serdar_sarayi_interyer_1

İrəvandakı Sərdar sarayının  bizə gəlib çatan görüntüləri bu sarayın çox möhtəşəm bir saray olduğunu təsdiq edir. Saraya sonrakı əsrlərdə də bir çox tikintilər əlavə olunub, saray bir neçə dəfə təmir olunub.

serdar_sarayi_interyer_4

17-ci əsdə sarayın güzgülü salonu deyilən-yerli əhali arasında şüşəbənd adlandırılan güzgülü saray tikilib. Güzgülü sarayın özünün görüntüsü bir heyrət doğurur.

serdar_sarayia

Gözəlliyinə görə bütün Avropa səyyahları həmin güzgülü salonun gözəlliyindən danışıblar. 

irevan_qalas_alinmasi1827

 1801-ci ildə general- leytenant Sisyanovun, 1808-ci ildə isə general feldmarşal Qudoviçin İrəvan uğrunda döyüşlərdə biabırçı məğlubiyyətindən sonra, Rus qoşunları bir də 1827-ci ilin yayında Qraf Paskeviçin rəhbərliyi altında Naxçıvan və İrəvan xanlıqları üzərinə yürüşə başladılar. Avqust ayında Naxçıvan qalası təslim oldu. İrəvan qalası mühasirəyə alındı. İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın rəhbərliyi altında qala müdafiəçiləri ciddi müqavimət göstərsələr də bu dəfəki döyüşdə qüvvələr qeyri bərabər idi. 1827-ci il oktyabr ayının 1-də Rus qoşunları İrəvan qalasına daxil oldular. 

medal-1   

medal-2

Qalanın alınmasında fərqlənən döyüşçülər medallarla təltif olundu... 

1828-ci il fevralın 10-da isə Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu.

"İrəvan və irəvanlılar"

http://az.wikipedia.org/w/index.php?title=%C4%B0r%C9%99van_v%C9%99_%C4%B0r%C9%99vanl%C4%B1lar-I_film_:_%C4%B0r%C9%99van_%282007%29&redirect=no



Baxış sayı: 139
Açar sözlər:
Bookmark and Share



1
Savalan yazıb:

Radioda Irəvan Çuxuru verlisimdə mutləq sizi dəvət edəcəm saytinizi cox bəyəndim
ugurlar gorusmek umidiyle

May 15, 2008 12:13


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites