YOL ÜSTƏ
Yol üstə ağı dedim,
Səsimdə sarı həsrət.
Yollara yağı dedim,
Içim dərd, çölüm qürbət.
Nə qədər daşlı yol var,
Yazıldı ayağıma.
Bircə nəfər çıxmadı,
Bu yolda qabağıma.
Yolum yaşımdan uzun,
Yolçu ola bilmədim.
Dəmir çarıq deşildi,
Mən yollarda ölmədim.
Baxış sayı: 107
Açar sözlər:

