MƏNI KÖVRƏLTMƏYƏ NƏ VAR
Haxdan gələn söz bəs edər,
Bir bənövşə üz, bəs edər,
Bir qarışqa əz, bəs edər,
Məni kövrəltməyə nə var.
Köhnə, qara saz səsiylə,
Qızıl bülbül qəfəsiylə,
Bir körpənin nəfəsiylə,
Məni kövrəltməyə nə var.
Güllələnmiş yarpaq göstər,
Qan çilənmiş torpaq göstər.
Yüz yaşlı bir papaq göstər,
Məni kövrəltməyə nə var.
Baxış sayı: 130
Açar sözlər:


Xoşum gəldi.
Kövrəlmək üçün sarı simə toxunan şeir də bəs edir...)
Aprel 25, 2008 15:58
Mən də kövrəldim..
Çox gözəl və mənalı yazmısınız, uğurlar..
May 16, 2008 12:04