OLMADI
Hər ürəyə yüklənmədim,
Hər dərd ilə təklənmədim.
Nahaq zilə köklənmədim,
Bəmim olmadı.
Ayım, ilim məndən ötdü,
Kirkirə tək gün üyütdüm.
Özümdə bir "Mən" böyütdüm,
Mənim olmadı.
Qəlbimi şuma döndərdim,
Hər nə əkdim şer dərdim.
Öldü neçə şer dərdim,
Qəmim olmadı.
Baxtıma çox qara yaxdım,
Nə verdisə daşa çaxdım.
Bağışladı məni baxtım,
Qənim olmadı.
Baxış sayı: 135
Açar sözlər:



Bağışladı məni baxtım,
Qənim olmadı - hem chox maraqlidi, hem de chox gozel...
Aprel 29, 2008 16:36
məni cox kovrəltdiniz
May 2, 2008 19:08
cox gozel cox sagol
May 19, 2008 16:43