Reklam verin!
 Füzuli Sabiroğlu : GEDIRSƏN

Navigation


RSS: Yazılar



GEDIRSƏN

May 17, 2008 2:21, Şeirlər, sabiroghlu, Şərhlər(2)

Gedirsən! Bilirdim, qalan deyilsən,

Bilirdim, yolların həsrət rəngini,

Bir gün gözlərimə köçürməliyəm.

Ümid limanından nə vaxtsa səni,

Öz xəyal dünyama ötürməliyəm.

 

Gedirsən! Gözümün odunu almış
Ayrılıq qorxusu dilimdə düyün.

Sakitcə dayanıb vaxtı sayıram.

Səni ötürmürəm elə bil, bu gün

Yalnız sənsizliyi qarşılayıram.

 

Gedirsən! Içimdə bir saz köklənir.

Bu saat qəlbimdə nə nəğmə dinsə

O, sənli günlərim üçün ağıdır.

Arxanca yellənən əllərim isə

Sevincli anların ağ bayrağıdır.

 

Gedirsən! Dünyasa öz işindədir,

Kədərli axşamlar düşəcək yenə.

Yenə əvvəlki tək günəş doğacaq,

Bircə bu şəhərin sənsizliyinə

Hər gecə bir dəli leysan yağacaq.

 

Gedirsən! Bilirdim qalan deyilsən.

Bilirdim, bu sərvaxt yatan qəmimi,

"Gedirəm" sözünlə ayıltmalısan.

Gedirsən, biryolluq gedənlər kimi,

Ancaq bilirsən ki, qayıtmalısan.



Baxış sayı: 132
Açar sözlər:
Bookmark and Share



1
Günay yazıb:


Gecələrin leysanında çox da islanmayin.
Axı O qayıdacaq!

May 17, 2008 15:30

2
Chilgin yazıb:

Fuzuli bey, men bayaq da size yazmiwdim, ama indi werhimi gormeyince yeniden yaziram. Mail adresinizi bilmediyim ucun bura yaziram. Weirlerinize mahni yazilmasini isterdinizmi? Istersinizse menim mail adresime word formatinda weirlerinizi gonderin.

İyul 4, 2008 20:40


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites