DÜNYANIN DƏRDINDƏN ÖLMƏYƏ NƏ VAR
Başının üstündə Allahın varsa,
Allahın yanında günahın varsa.
Günahın özünə səni qaytarsa,
Dünyanın dərdindən ölməyə nə var?!
Bir dəli sevda tək düşəndə ələ,
Bir qurtum şərbət bil, iç getsin elə.
Dünya xali deyil görərsən hələ, -
Dünyanın dərdindən ölməyə nə var?!
Çətini inadın qırılıncadı,
Çətini ağlayıb yoruluncadı.
Çətini tanıyıb vuruluncadı,
Dünyanın dərdindən ölməyə nə var?!
Baxış sayı: 56
Açar sözlər:


Unutduqmu sandınız?
Ükədən-ürəkdən təbrik edirəm!
Allah ürəyinizə baxıb versin, necə ki, verib də elə))
Can sağlığı, uzun ömür!
Noyabr 20, 2008 17:00