Reklam verin!
Yuma Ailə Jurnalı
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



DAN ÜZÜ

Fevral 28, 2008 0:06, Şeirlər, sabiroghlu, Şərhlər(0)

Dan üzü şəhərin

başı üstündən,

Ötən o boz kölgə

nə idi, Allah?

Bəlkə də yol azmış

bulud parçası,

Bəlkə də didərgin,

yalqız bir qocanın

ölümqabağı çəkdiyi "ah" idi,

Kimlərinsə bu gecə

elədiyi günah idi?

Gecəqondulardan uçan

uşaq səsiydimi,

Xəstə Xəzərin naləsiydimi?

Sabah qürbətə dönəcək

bir qəribin dodaqlarından

qopmuş "Vətən" sözüydü bəlkə,

Eh...Nə bilim bəlkə də

zavodların hisi, tozuydu...

Dan üzü ötən kölgə

yaman ağır idi...

 
Baxış sayı: 101
Açar sözlər:
Bookmark and Share


***

Fevral 15, 2008 23:55, Şeirlər, sabiroghlu, Şərhlər(1)

Qara-qara günlər

qaraca-qaraca qarışqalar kimi

daraşıb ömrümə.

Daşıyıb aparırlar

yaxşı, yaman,

olan, qalan,

nəyim varsa.

Daşıyıb aparırlar çölümü, içimi,

sahibsiz dənlikdən

dən aparan kimi...

Qara-qara günlər

Qaraca-qaraca qarışqalar kimi

dadanıb ömrümə,

Nə qabağını saxlamaq olur,

Nə də "kişi ağlamaz" məsəli

dəbə minmiş bu dəyirmanda

ağlamaq olur.

 
Baxış sayı: 120
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 7    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites