SƏNƏ YAZILAN ŞEİR
Qəfil yağan yaz
yağışı tək
bir səhər,
Yaxaladın məni özümdən bixəbər.
Yağdın ömrümə, günümə,
Yağdın oduma, külümə.
Yaxaladın məni,
təmizləndim, duruldum.
Qəfil yağan
yaz yağışına vuruldum.
Bir də ayılıb gördüm,
Gördüm, ürəyim damır.
Ürəyimə dama-dama
göl oldun tərtəmiz,
dupduru.
Indi o göldən su içməyə
gəlir bülbüllər.
O göldə yuyunuram
axşam-səhər.
Baxış sayı: 152
Açar sözlər:
***
Dərdim boyda söz gəzirdim,
Sözü mənə çox gördünüz.
Dərdə layla deyən kəsi,
Öz qəminə güldürdünüz.
Səs-küy tapdım söz yerinə,
Yaşamadım öz yerimə.
Xəncər çalıb yüz yerimə
Yüz bir yerə böldürdünüz.
Demədiniz söz sayan var,
Göydən yerə göz qoyan var.
Ay adamlar, ay adamlar,
Məni niyə öldürdünüz?
Baxış sayı: 103
Açar sözlər:

