DÜNYANIN DƏRDINDƏN ÖLMƏYƏ NƏ VAR
Başının üstündə Allahın varsa,
Allahın yanında günahın varsa.
Günahın özünə səni qaytarsa,
Dünyanın dərdindən ölməyə nə var?!
Bir dəli sevda tək düşəndə ələ,
Bir qurtum şərbət bil, iç getsin elə.
Dünya xali deyil görərsən hələ, -
Dünyanın dərdindən ölməyə nə var?!
Çətini inadın qırılıncadı,
Çətini ağlayıb yoruluncadı.
Çətini tanıyıb vuruluncadı,
Dünyanın dərdindən ölməyə nə var?!
Baxış sayı: 56
Açar sözlər:
GƏLDİM
Mən dünyaya ney köksündə,
Mürgüləyən səsdən gəldim.
Bir çobanın sinəsində,
Közərən nəfəsdən gəldim.
Nə solan gülün yasıydım,
Nə də oyun havasıydım.
Bir sevdanın bəlasıydım,
Bir dəli həvəsdən gəldim.
Işlədim iliyə, qana,
Gülə-gülə, yana-yana.
Bu ömür adlı zindana,
Can boyda qəfəsdə gəldim.
Baxış sayı: 59
Açar sözlər:


