Reklam verin!
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



DƏRƏ

Yanvar 16, 2008 10:14, Hekayələr, sabiroghlu, Şərhlər(0)

Günorta azacıq çisələmiş yağışdan sonra tozu yatmış kənd yolu ilə hara getdiyini özü də bilmirdi. Bu dəqiqə bu barədə nə düşünməyə, nə də dayanıb ətrafına baxmağa heç həvəsi də yox idi. Məktəb direktorunun bayaqkı müəmmalı təbəssümünü və bu müəmmanın açarını - attestatındakı o qiyməti görəndə ona elə gəlmişdi ki, ayaqlarının altındakı döşəmə gurultu ilə uçub aşağı töküldü. O isə bu dəhşətli gurultudan qulaqları batmış halda bir neçə dəqiqə direktorun ağzını açıb-yummasına baxmış, sonra isə havadan asılı qalmış adam kimi səndələyə-səndələyə otaqdan çıxmışdı. Bir azdan kənd evləri arxada qaldı və… yol qurtardı. Buradan o tərəfə enli torpaq yol irili-xırdalı cığırlara bölünüb təpələrin döşünə qalxır, dərələrə enib gözdən itirdi. Gəldiyi yol üzüyoxuşa olduğundan əməlli-başlı tərləmişdi. Özündə bir halsızlıq hiss edirdi. Elə bil içində dibsiz, qaranlıq bir boşluq yaranmışdı və yəqin ki, bayaq direktorun kabinetində uçub dağılan nə idisə onun içində idi. İndi bu ucqundan sonra içərisində indiyə qədər onun özündən də xəbərsiz mövcud olmuş bir aləmi ayıran divarmı, döşəməmi yoxa çıxmış və o, sirli, qaranlıq bir boşluqla üz-üzə qalmışdı.  Davamı...
Baxış sayı: 85
Açar sözlər:
Bookmark and Share


NƏRDİVAN

Dekabr 13, 2007 0:44, Hekayələr, sabiroghlu, Şərhlər(0)

Azneft» meydanına dönəndə qəflətən sürücüyə:-Qabaqda saxla-dedi.Maşından düşəndə arxa  oturacaqdakı diplomat çamadanı göstərib:-Apar bizə ver,-dedi və sürücünün çaşqın baxışlarına məhəl qoymayıb, dənizə tərəf yollandı. Axırıncı dəfə dənizkənarı parka nə vaxt gəldiyini xatırlamırdı və indi bu barədə düşünməyə taqəti də yox idi. Yaxındakı boş skamyalardan birini gözaltılayıb özünü ora çatdırdı. Ağır yük daşıyan adam kimi oturacağa çökdü. Sərin bahar mehi əsirdi. Qalstukunu boşaldıb, köynəyinin yuxarı düymələrini açdı. Gözlərini dənizə zilləyib xeyli hərəkətsiz qaldı. Bir dəstə qağayı dənizin üzərində əsl tamaşa göstərirdi. Onlar hay-küy salaraq özlərini sakit-sakit ləpələnən dənizin sularına vurub nəsə götürür və yenidən havaya qalxırdılar. Qağayıların belə yüngülcə enib qalxmalarına paxıllığı tutdu. Bu saat içindəki ağırlıqdan xilas olmaq üçün böyük məmnuniyyətlə qağayı olmağa hazır idi.Birdən qağayılarla onun arasına alabəzək, güllü bir pərdə çəkildi. Başını qaldırıb elə tumanı və koftası kimi  alabəzək, güllü yaylıqla başını çəkmiş, orta yaşlı, qarabuğdayı bir qadın gördü. Qadın onun bir az  sərt, bir az da təəccüb dolu baxışından əvvəl çaşan kimi oldu, lakin qarşısındakı adamın, onun nə deyəcəyini gözlədiyini görüb:-Falına baxımmı, qardaş? Ucuz baxıram, istəsən lap müftə…-dedi. Davamı...
Baxış sayı: 121
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 5    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites