Reklam verin!
Yuma Ailə Jurnalı
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



AKİF SƏMƏD

İyul 23, 2008 13:25, Müxtəlif yazılar, sabiroghlu, Şərhlər(2)

İyulun 22-si Akif Səmədin doğum günüdür. Aramızda olsaydı 50 yaşına keçəcəkdi. Qismət olmadı... Düz 9 il bundan əvvəl Akifin 40 yaşına yazmışdım bu yazını... Ruhu şad olsun...

Dedilər Akif Səmədin 40 yaşı tamam olur, inanmadıq. Bu rəqəmə bir və ya iki sıfır da əlavə olunsaydı, bu başqa məsələ. İnanmaq olardı. Bəli, Akifin yaşı məncə elə bu qədərdir. Bu onun fiziki yox, mənəvi, genetik yaş ölçüsüdür. Yəni, onun yaşı qan yaddaşımızın yaşı qədərdir. Türklüyümüzün, böyüklüyümüzün yaşı qədərdir. O, göy çadır altda doğulub, sazımızla, qopuzumuzla bir köynəkdə böyüyən, Altaylardan Alplara qədər bir bayrağa tapınan türk kişisidir.
Qonmağa budağı yox,
Kölgəlik yarpağı yox,
Ölməyə torpağı yox,
Ömür yaman uzundur.

-deyə-deyə yüz illərdir ki, beləcə “Qiblə yelləri”nə qoşulub bu günümüzə yol gəlir Akif Səməd.
Bu dağların yarandığı günü görmüşəm,
Həmən gündən qəmi mənə günü görmüşəm,
İlk rəngi mən eşitmişəm, ünü görmüşəm,
Qoca baba, çox qocayam, yaşıma baxma.

-deyəndə əvvəli və sonu üfüqlərə qarışan ömür yolumuzu, tale yolumuzu göstərərək “uzaqlardan gəldiyimizi” bizə xatırlatmaq istəyir. Onun indiyə qədər yazdıqları da, dedikləri də bu uzun yolda gördükləri, eşitdikləridir.Çoxlarının unutduqları, çoxlarının isə unutmaq və unutdurmaq istədikləridir.
Akif  Səməd yazdıqlarında türkün dünyagörüşünü, fəlsəfəsini, danışığında və davranışında türk əxlaqını, mənəviyyatını, xarici görünüşündə, görkəmində təmiz türk irqinin çalarlarını yaşadan bir şairdir. Ağıryana yerişi, duruşu, danışığı ilə Adəmdən Akif Səmədə doğru yol gələn bir sufi dərvişdir, o.
Gah bu yolun əvvəlində
Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə
Nəsimi, Yunis İmrə
Sözümə yol gedirəm.
Gah da yolun sonunda durub:
Çox da yollar buz, qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol varıymış.
Adəmdən Akif Səmədə
.
-deyir.
O, “ömrü özünə yaşayan” bir dərviş babadır. Və qərib-qərib ətrafına baxıb:
Hamının işi Allahlıq,
Allahlıq –sabah-sabahlıq,
Hanı dərvişanə şahlıq,
Hanı şahanə dərvişlik
,- deyə dünyanı suala tutur. Elə bu sualın cavabındaca çox şeylərin, dünyanın özündən başlamışpalçıq bütlərə qədər hər şeyin çatı aydınca görünür Akif Səmədin oxucularına. Ancaq onların xəbəri yoxdur ki, necə belə suallar şair ürəyinə çat salasa da, onu nə sındıra, nə də öldürə bilir. Çünki, Akif Səməd üçün:
Ölüm nədir?-adi divar,
Həllac Mənsur var, Hadi var,
Ölüm fağırın adı var,
Qardaş, ölüm nəmənədir.

   Beləcə dünyanın əvvəlinəvə sonuna, həyata və ölümə meydan oxuya-oxuya, Tanrıtərəfindən ona mükafat kimi verilmiş türklüyünü, imanını, şairliyini və adını qoruya-qoruya bu gün aramızddır Akif Səməd.  

"168 saat" qəzeti, 23 iyul, 1999 

 

 
Baxış sayı: 92
Açar sözlər:
Bookmark and Share


MƏNİM ŞƏHƏRİMİN NAĞILI

May 1, 2008 0:48, Müxtəlif yazılar, sabiroghlu, Şərhlər(0)

(Eyni adlı sənədli televiziya filminin mətn variantı)

Yay tətilində sinif yoldaşlarım, dostlarım hərəsi bir rayona,bir kəndə nənələrinin,babalarının yanına getdilər. Mən isə heç bir yerə getmədim.Mənim nənəm də,babam da bu şəhərdə yaşayır. Atam,anam kimi mən də bu şəhərdə dünyaya gəlmişəm. Mən Sumqayıtlıyam…Müəllim bizə yay tətilində yaşadığımız şəhər haqqında inşa yazmaq tapşırıb. Dərslərin başlanmasına lap az qalıb, ancaq mən hələ də inşanı yazmamışam. Tənbəllikdən yox e, sadəcə mən elə bir inşa yazmaq istəyirəm ki, bütün uşaqlarınkından fərqlənsin. Ancaq nə yazım, necə yazım özüm də bilmirəm.  Lap balaca olanda nənəm mənə tez-tez nağıllar söyləyərdi. O nağıllarda da həmişə uzaq-uzaq ölkələrdən, şəhərlərdən, kəndlərdən danışılırdı. Bir dəfə hardansa ağlıma gəldi, nənəmə dedim ki, ay nənə mənə Sumqayıtın nağılını danış. Nənəm də fikirləşdi-fikirləşdi qayıtdı ki, ağrın alım Sumqayıt nağıllardan sonra yaranıb, ona görə də onun nağılı yoxdur.Bax, o vaxtdan fikirləşirəm ki, burada yaşayanların hərəsi Azərbaycanın ayrı-ayrı yerlərindən köçüb gəliblər. Gələndə də hərə öz kəndinin, şəhərinin nağıllarını özü ilə buraya gətirib. Bu şəhəri tikiblər, burda evləniblər, uşaqları dünyaya gəlib. Uşaqlarına da həmişə o nağılları danışıblar, - özləri ilə gətirdikləri nağılları.Ancaq mən istəyirəm ki, mənim şəhərimin öz nağılı olsun. Böyüklər  də uşaqlara onların doğulduğu, böyüdüyü şəhərin nağılını danışsınlar. Məncə hər bir kəs Vətəninin tarixini öyrənməzdən əvvəl onun nağlıllarını öyrənməlidir.

 

 Davamı...
Baxış sayı: 144
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 6    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites