Reklam verin!
Yuma Ailə Jurnalı
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



DÜNYANIN DƏRDINDƏN ÖLMƏYƏ NƏ VAR

Sentyabr 12, 2008 13:25, Şeirlər, sabiroghlu, Şərhlər(1)

Başının üstündə Allahın varsa,

Allahın yanında günahın varsa.

Günahın özünə səni qaytarsa,

Dünyanın dərdindən ölməyə nə var?!

 

Bir dəli sevda tək düşəndə ələ,

Bir qurtum şərbət bil, iç getsin elə.

Dünya xali deyil görərsən hələ, -

Dünyanın dərdindən ölməyə nə var?!

 

Çətini inadın qırılıncadı,

Çətini ağlayıb yoruluncadı.

Çətini tanıyıb vuruluncadı,

Dünyanın dərdindən ölməyə nə var?!

 
Baxış sayı: 57
Açar sözlər:
Bookmark and Share


GƏLDİM

Sentyabr 12, 2008 13:22, Şeirlər, sabiroghlu, Şərhlər(1)

Mən dünyaya ney köksündə,

Mürgüləyən səsdən gəldim.

Bir çobanın sinəsində,

Közərən nəfəsdən gəldim.

 

Nə solan gülün yasıydım,

Nə də oyun havasıydım.

Bir sevdanın bəlasıydım,

Bir dəli həvəsdən gəldim.

 

Işlədim iliyə, qana,

Gülə-gülə, yana-yana.

Bu ömür adlı zindana,

Can boyda qəfəsdə gəldim.

 
Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 24    Sonrakı səhifə »

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites