Reklam verin!
 Füzuli Sabiroğlu :

Navigation


RSS: Yazılar



O T A Q B İ T K İ S İ

Fevral 6, 2008 1:46, Tərcümələr, sabiroghlu, Şərhlər(0)

Əlişir  Mamasaliyev

(Qırğızıstan)

 

1973-cü  ildə Bişkek şəhərində anadan olub. Qırğızıstanda müstəqil radiojurnalistikanın  yaradıcılarından sayılır.Ölkə gəncləri arasında böyük nüfuza malikdir.  Bu nüfuzu “Almaz” radiosunda, “Zamana” telekanalında aparıcı və müxbir kimi çalışarkən qazanıb. 2003-cü ildə bir qrup həmfikiri ilə birlikdə Gənc Jurnalistlərin müstəqil təşkilatını yaradıb. Əsgər Akayevin rejimini aşkar şəkildə ilk tənqid edənlərdəndir. Buna görə dəfələrlə təqiblərə və təzyiqlərə məruz qalıb. 24 mart inqilabından sonra 7 gün şəhəri talançılardan mühafizə edən xalq drujinalarının yaradıcılarından  biridir. Əsgər Akayev rejiminin devrilməsində böyük rol oynamış “Kel kel Dirçəliş” Gənclər Hərəkatının liderlərindəndir. Əsasən hekayələr yazır. Çingiz Aytmatovun məktəbində ustad dərslərində iştirak edib. “ Debüt 2003” ədəbi müsabiqəsinin qalibidir.

 

 

O T A Q  B İ T K İ S İ

(ekranın o üzündə)

Qapının dalında kiminsə qurdalandığı hiss olundu. «Budur… nəhayət ki!» -qeyri-ixtiyari ağlımdan bir fikir keçdi. Dəmir çıqqıltısı eşidildi. Sarı açar həmişə olduğu kimi qapının arxasındakı adamı dərindən köks ötürməyə məcbur elədi və ikinci cəhddə qapı açıldı.Yüngül meh, ardınca isə ikihəftəlik yay tətilinin tanış ətri tədricən bir otaqlı, subay mənzilini doldurdu. «Planet» azcada olsa canlandı. Adam səndələyərək irəli bir addım atdı. Hələ sağ ayağı kandardan içəri adlamamış, çiyinlərinin üstündə dayanmayan başını azacıq qaldırıb, bir gözü yumulu dəhliz boyu nəzərlərini hərlədi…, hıçqırdı. « Hə, niyə dayandın? - ürəyimdən fit çalmaq keçdi, - keç də. May çoxdan çıxıb, - dilxorçuluqdan az qaldım qışqıram, - turist olub mənimçün! Buyur, bir güzgüdə özünə bax. Bax, ləzzət al, gör bir nəyə oxşayırsan. Bax, bax, mən gözləyərəm, onsuz da mən buna öyrəşə bilmirəm.» Davamı...
Baxış sayı: 110
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 1   

Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites